2019-cu
ilin yanvar ayının 1-dən qanunvericiliyə edilən dəyişikliklərə əsasən pensiya
yaşı çatan şəxslərə avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlanıldı. İnsanların pensiya yaş həddinə çatdığı gün ərzində onlara pensiya təyinatların həyata keçirilməsi
ölkəmizin sosial müdafiə sistemi tarixində yeni və nümunəvi bir addım oldu.
Bu ilin mart ayından - pandemiyanın geniş vüsət aldığı dövrdə insanlar arasında fiziki təmasın minimuma endirilməsi dövlət və vətəndaşlar tərəfindən görülən önəmli tədbirlərin əsas parçası idi.
Elektron
şəkildə təyinatların bu dövrdə həyata keçirilməsi əvvəlcədən
proqnozlaşdırılmamış xəstəliyin mənfi təsirlərindən insanları qoruya bildi.
Məlumat
üçün qeyd edək ki, son iki il ərzində 25 mindən çox insana yaşa və əlilliyə görə
avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçirilib.