Sosial müavinətlər içərisində ən geniş əhatə dairəsinə malik təminatlardan biri uşağın anadan olmasına görə verilən birdəfəlik sosial müavinətdir.
Məlumat üçün qeyd
edək ki, müavinətin maliyyələşməsi iki mənbədən baş tutur. Yeni doğulan uşağın
valideynlərindən hər hansı biri işləyirsə, o halda, sosial sığorta haqları
vəsaiti hesabına, valideynlərdən heç biri işləmirsə, dövlət büdcəsi vəsaiti
hesabına maliyyələşmə həyata keçirilir. Müavinətin məbləği birdəfəlik olmaqla, 200 manat təşkil edir
Bəs bu müavinəti
əldə etmək üçün necə və hara müraciət etmək lazımdır?
Son illər
sosial müdafiə sistemində baş tutan müxtəlif növ təyinatların
elektronlaşdırılması məhz sosial müavinətin bu növünə də şamil olunub. Amma
bu o halda mümkün olur ki, valideynlərdən heç biri işləməsin və bu baş verdiyi halda, müvafiq olaraq
ananın hesabına bu təminat elektron şəkildə təyin olunur. Müvəkkil bankdan
həmin təminatın alınması üçün uşağın doğum şəhadətnamasi əldə edildikdən sonra
ananın mobil telefonuna bununla bağlı məlumat göndərilir.
Valideynlərdən
ən azı biri işlədiyi halda isə, bu təyinat üçün müvafiq olaraq iş yerinə
müraciət etmək tövsiyə olunur.