• 13 c Bakı
  • 1.7 AZN
Aşağıdaki siyahıdan hər hansı bölümü seçərək,həmin bölümə ünvanlanan sualları və cavabları görə bilərsiniz.
Sualı göndərən: Gülşən İbrahimova
Tarix: 23.10.2022 19:42
Mən bilmək istəyirəm ki, mənə nə qədər pensiya düşər? 1990 ci ildən işləyirəm. Ümumi 37 il iş stajım var.

Cavab: Pensiyanın məbləği şəxsin topladığı pensiya kapitalından asılıdır. Hazırda 2006-cı il tarixədək yığılan stajın hər ilinə 813 manat pensiya kapitalı hesablanlır. Pensiyanın məbləğini müəyyən etmək üçün 2006-ci il tarixdən sonra yığdığınız pensiya kapitalı ilə 2006-də toplayaraq üm144-ə bölünür.

Sualı göndərən: Emin İbadzadə
Tarix: 14.11.2021 23:53
Salam . Yaşa görə minimum pensiya məbləği nə qədərdir ?

Cavab: Salam, yaşa görə əmək pensiyasının minimum həddi 200 manatdır. Növbəti ildən həmin məbləğin 240 manata çatması gözlənilir

Sualı göndərən: Əli Əliyev
Tarix: 11.11.2021 18:08
Mənim anamın 63 yaşı var 17 il iş stajı var ona pensiya düşür?

Cavab: Yaşa görə əmək pensiyası üçün tələb olunan staj 25 ildir. Qeyd olunan staj olmadığı halda şəxs yaşa görə sosial müavinətlə təmin edilir.

Sualı göndərən: Tahir Əliyev
Tarix: 29.10.2021 11:03
Salam mən 15 il gəmidə mexanik işləmişəm 39 yaşım var..neçə yaşınada pensiyaya çıxa bilərəm qanunda güzəştlər varmı

Cavab: Salam, hazırda zərərli və ağır sahədə çalışan kişilərin erkən pensiya üçün yaş həddi 60 yaşdır.

Sualı göndərən: Bağıyeva Ülviyyə
Tarix: 11.10.2021 22:20
Salam. Anamın 61 yaşı var, 1960.03.27 təvəllüddür, nə vaxt pensiya alacaq?

Cavab: Salam, qeyd etdiyiniz təvəllüddə olan qadınlar üçün pensiya yaşı 27.03.2023-ə təsadüf edəcək.

Sualı göndərən: ELÇİN
Tarix: 23.09.2021 02:00
2006 cı ilə qədər olan dövr üçün pensiya kapitalı necə hesablanır?

Cavab: 2006-cı il tarixədək dövr üzrə ümumi stajın hər ili üçün hazırda 762 manat pensiya kapitalı hesablanır.

Sualı göndərən: Elvin Rəhimov
Tarix: 20.09.2021 17:30
Salam. Ailə başçısı 32 yaşında vəfat edib 8 il stajı var onun 7 ilini dövlət qulluqçusu kimi olub. İndi iki övladı ailə başçısın itirməyə görə pensiya ala bilər?

Cavab: Salam, bəli, qeyd etdiyiniz yaşda vəfat edən şəxs üçün tələb olunan staj 6 ildir. Övladlarının 18 yaşadək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var.

Sualı göndərən: Tofiq Haqverdiyev
Tarix: 31.07.2021 05:16
Mən 1976 -2000-ci illər ərzində dövlət sektorunda işləmiş və 24 il iş srajına malikəm. 1971-1976-cı illərdə isə 5 il ali təhsil almışam. Yaşa görə pensiyaya çıxmaq üçün mənim iş stajım 29 il olacaqmı?

Cavab: Bəli, 01.01.2006-cı il tarixədək təsadüf edən əyani şəkildə təhsil müddəti şəxsin ümumi stajında nəzərə alınır.

Sualı göndərən: Yaşar Babayev
Tarix: 21.04.2021 19:44
Zərərli işlərdə işlədiyinə görə pensiyaya çıxmaq üçün hansı şərtlər vacibdir ?

Cavab: Kişilərin ümumi 25 il stajı, həmin stajın 12 il 6 ayı zərərli və ağır sahədə olduğu halda, eyni zamanda 40800 manat pensiya kapitalı şərtini ödəyərsə, 60 yaşda erkən pensiya hüquqları yaranır.

Sualı göndərən: Sevinc Əzizova
Tarix: 02.03.2021 04:58
Xəstə uşağım var. Ona baxarken iş stajim yazılırmı? Bir de beş il əvvəl tam pensiyaya cixa bilərəmmi? hazırda 56 yaşım var

Cavab: Sağlamlıq imkanları məhdud uşağa və 1-ci qrup əlilliyi olan şəxsə qulluq dövrü şəxsin ümumi stajında nəzərə alınır. Bundan əlavə, əlil övlad anasının qadınlar üçün müəyyən edilmiş pensiya yaşından 5 il erkən pensiya hüquqları vardır.

Sualı göndərən: Aydan Mirzayeva
Tarix: 23.02.2021 22:58
Salam, anam həkim işləyirdi və eyni zamanda 250 manat pensiya alırdı. Deyilənə görə, işdən çıxanda yeniden hesablanacaqdı pensiyası. Anam 65 yaşı olmamış covid -19 virusundan rəhmətə getdi. Atam isə işləmir ve aldigi pensiya 230 manatdir. Qanunda ele hal var ki, atam oz pensiyasindan imtina edib, anamin pensiyasini seçsin?

Cavab: Atanız hazırda kişilər üçün müəyyən edilmiş pensiya yaş həddinə çatıbsa, öz pensiyasından imtina edib vəfat edən həyat yoldaşının pensiyasını seçə bilər.

Sualı göndərən: Sədaqət Hacıyeva
Tarix: 15.02.2021 21:15
Salam. Mənim 62yaşım 13.02.2021 tamam oldu ama mənə sms xəbərdarlıq gəlmədi hal hazırda işləyirəm

Cavab: Salam, avtomatlaşdırılmış qaydada pensiya təyinatı 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olan şəxslərə şamil olunur.

Sualı göndərən: hafiz Fərəcov
Tarix: 05.02.2021 23:40
Pensiya kapitalı minimum nə qədər olmalıdır?

Cavab: Yaşa görə əmək pensiyası üçün tələb olunan pensiya kapitalı 28800 manat təşkil edir.

Sualı göndərən: Məmmədova Rəhilə Əsgər qızı
Tarix: 07.01.2021 17:39
15 yanvar 2021 ci ildə 62 yaşım olur. Nə zaman pensiyaya çıxacağam?

Cavab: tələb olunan staj və pensiya kapitalı şərtlərini yerinə yetirdiyiniz halda 15 yanvar 2021-də əmək pensiyası hüququ əldə edəcəksiniz

Sualı göndərən: Rövşən İbişov Qanboy oğlu
Tarix: 01.01.2021 18:56
Salam.mənim 2006-cı ilə qədər 24il 8ay stajım var.5il Azərbaycan Dövlət Universitetində əyani təhsil almışam.bu staja əlavə edilməyib.31000man pensiya kapitalım var.mən nə qədər pensiya düşür.

Cavab: Salam, pensiya məbləği fərdi hesabda toplanan kapitalın 144-ə bölünməsi nəticəsində formalaşır

Sualı göndərən: Mehdiyev Bayram Həsən oğlu
Tarix: 01.01.2021 14:59
Mən 17.11.1958 ci ildə anadan olmuşam.Mənim 30 il iş stajım var.Mənim pensiyam nə zaman veriləcək?

Cavab: Hazırda kişilər üçün nəzərdə tutulmuş pensiya yaş həddi 65-dir

Sualı göndərən: Meryam Fehradova
Tarix: 01.01.2021 00:52
salam 50 yawim var Amma hec yerde islememisem...men ne vaxtsa muavinet ala bileceyem?

Cavab: salam, stajı olmayan şəxslər üçün pensiya yaşına çatdığı zaman sosial müavinət təyin edilir

Sualı göndərən: Quliyev Adil
Tarix: 16.11.2020 23:04
5 il ADU(1971-1976 illər)-da əyani oxumuşam. 05.10.16-cı ildə 63 yaşında avtomatlaşdırılmış qaydada pensiyaya çıxmışam. 1976-cı ilin avqust ayından 2006-cı ilə qədər mənə 29 il 4 ay iş stajı hesablanıb. 5 il Əyani təhsilim hesablanmayıb. Sualım belədir : Əyani təhsil neçənci ildən iş stajı sayılır ?

Cavab: Salam. Qeyd etdiyiniz dövr üzrə əyani təhsilinizlə bağlı yenidən müraciət hüququnuz var.

Sualı göndərən: Bariqəm Şirəliyev
Tarix: 02.10.2020 17:26
03.05.1956 tarixdə doğulmuşam. Mən nə zaman pensiyaya çıxacağam.

Cavab: 03.05.2021-ci il tarixində

Sualı göndərən: Qurbanova Güınarə Həmdülla qızı
Tarix: 23.09.2020 17:56
Mənim iş stajım 2006-ci ilə qədər 29 il,pensiya yığım fondu isə cox azdır,səbəbi 2006-2010 ilə qədər işlədiyim maşınqairma zavod DSMF-yə hesabatlar verilmişdir lakin vəsait köçurulməmişdir,bu halda pensiya neçə hesablanacaq.Hall hazırda mənim 61 yaşım var

Cavab: 29 il iş stajı əmək pensiyası hüququ əldə etmək üçün kifayət edir. Pensiya yaşınızın çatacağı tarixi öyrənmək üçün saytımızda yaradılmış kalkulyatordan istifadə edib öyrənə bilərsiniz. 2006-2010-cu illər ərzində sığorta haqlarının ödənilməməsi ilə bağlı məsələni işəgötürəninizə xəbərdarlıq edin.

Sualı göndərən: Vaqif Hümbətov
Tarix: 12.09.2020 23:44
28 il stajım var. Pensiya yaşım çatanda, pensiya ala biləcəm?

Cavab: Bəli

Sualı göndərən: Elmira Məmmədova
Tarix: 12.09.2020 23:40
Salam. 5 uşaqlı analar neçə yaşda pensiyaya çıxır?

Cavab: 5 uşaqlı analar qadınlar üçün müəyyən olunmuş pensiya yaş həddindən 5 il erkən - 57 yaşdan bu hüququ qazanırlar.

Sualı göndərən: Ruhiyyə Kərimova
Tarix: 12.09.2020 23:34
Ərim vəfat edib. Onun pensiyasını ala bilərəmmi?

Cavab: Pensiya yaş həddinə çatdığınız zaman bu hüquqdan istifadə edə bilərsiniz.