İnsanlar
tərəfindən ən çox müraciət edilən məsələlərdən biri də çoxuşaqlı anaların hansı
yaşda pensiyaya çıxacağı ilə bağlı suallardır.
Qanunvericiliyə
müvafiq olaraq, 5 övladı olan qadınlar onlar üçün müəyyən olunmuş yaş həddindən
5 il erkən pensiya üçün müraciət etmək hüququ var.
Qadınların
pensiya yaşı 30.06.2022-ci il tarixə kimi 62 yaş 6 ay olduğunu nəzərə alsaq, deməli
həmin tarixə kimi bu sayda övladı olan qadınların 57 yaş 6 ay tamam olduğu dövrdən
pensiya üçün müraciət edə bilər.
Hər
uşağa görə pensiya yaşının 1 il azaldıldığını nəzərə alsaq, 6 uşaqlı analar 56
yaş 6 ayda , 7 uşaqlı analar müvafiq olaraq 55 yaş 6 ayda bu hüququ əldə edə bilərlər.
Qanunvericiliyin bu bəndinə əsasən staj
və pensiya kapitalı şərtini ödəyənlər əmək
pensiyası ilə şərtləri ödəməyənlər isə sosial müavinətlə təmin olunurlar.