İllərlə
işləyib fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı
toplanan vətəndaşlarımızın pensiya yaşına çatmadan dünyasını dəyişdiyi halda həmin kapitaldan istifadə hansı halda mümkündür?
Bir
çox hallarda vətəndaşları düşündürən məsələlərdən biri də qeyd olunan halda
yaranan vəziyyət zamanı onların sosial sığorta vəsaitinin heç bir halda istifadə
olunmayacağı ilə bağlı düşüncələrdir.
Qeyd
edək ki, şəxs pensiya yaşına çatmadan dünyasını dəyişərsə onun 18 yaşınadək
övladları varsa, həmin kapitala əsasən onların pensiya almaq hüququ var.
Nümunə:
Kişi vətəndaş 42 yaşında dünyasını dəyişdiyi zamana fərdi hesabının
sığorta hissəsində 30000 pensiya kapitalı mövcud olmuşdur. Onun 11 yaşlı övladı pensiyasının məbləği 400 manat (30000:75) olmaqla həmin kapitalı ən azı 18 yaşınadək pensiya şəklində alacaq. Bundan sonrakı müddətdə əgər o əyani şəkildə təhsil
müddətini davam edərsə, 23 yaşınadək həmin pensiyanı almaqda davam edəcək.