• 13 c Bakı
  • 1.7 AZN

Gənc və yaşlı əhali üzrə nisbətin pozulması


İnsan ömrünün uzanması nəticəsində meydana gələn uzunömürlülük, yaşlı asılılıq nisbətində baş verən dəyişiklik, pensiya sisteminin maliyyə sahəsində mütəmadi olaraq uzun müddətli işlər görülməsini labüd edir. Xüsusilə hər keçən gün artan uzun həyat müddəti, sosial müdafiə sistemindəki demoqrafik dəyişməni daha aydın formada ortaya çıxarır.

Birlışmiş Millətlər Təşkilatı bir çox ölkədə ortalama insan ömrünün gündən-günə uzandığını qeyd etmiş və həyata keçirdikləri təqdimatlarda xüsusilə də Avropa üçün 2010-cu ildə 75,3 olan insan ömrünün 2050-ci ildə 81,3 və 2100-cü ildə isə 87,9 olacağı fikrini irəli sürmüşdür. Hazırda bir çox ölkə ümumi əhali arasında yaşlı əhalinin sayının artmasına səbəb olan uzunömürlülük riski ilə qarşı-qarşıya qalıb.

Orta hesabla götürülən insan ömrünün uzun olması inkişaf etmiş ölkələr baxımından milli gəlirin yüksək olması ilə əlaqədar olaraq inkişafın və rifahın göstəricisi hesab edildiyi halda digər ölkələrdə uzun insan ömrünün səbəb olacağı sosial problemlərə həll üsulunun tapılmasında yaşanan çətinlik böhrana yol açır. Bu səbəblə, bir çox inkişaf etmiş ölkə pensiya planlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalmış və pensiya sahəsində xüsusilə İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı (OECD) ölkələrində son illərdə islahat dalğası baş verib. Bu dəyişikliklərin əsas səbəbi orta hesabla götürülən insan ömrünün daha uzun olmasının pensiya sistemi üzərindəki yükü artıracağının və yaşlı əhalinin artması nəticəsində pensiya sistemlərinin maliyyə cəhətdən buna tab gətirib-gətirməyəcəyinin doğurduğu şübhələrin yaratmış olduğu narahatlıqdır. Bu  səbəblə uzunömürlülük bilavasitə pensiya sistemlərində böhrana səbəb olan qlobal qocalma, doğum məhsuldarlığındakı azalma və ömür uzunluğunun artması nəzərə alınaraq təhlil ediləcək.

Doğum məhsuldarlığının azalması

İyirminci əsrin ikinci yarısından etibarən gənc əhalinin ümumi əhali arasındakı sayının azalmasına, yaşlı əhalinin say və nisbət baxımından artmasına səbəb olan mühüm amil, demək olar ki, bütün dünyada baş verən, uşaq dünyaya gətirmə potensialı olan hər bir qadın üçün nəzərdə tutulan doğuş sayını ifadə edən doğum məhsuldarlığının azalmasıdır. Doğum məhsuldarlığında baş verən bu əhəmiyyətli dəyişikliyin bir çox səbəbi mövcuddur. Bu səbəblər arasında əvvəlki nəsillərə nəzərən daha yaxşı təhsil alan qadınların ailə ilə yanaşı bir kariyera qurmaq arzuları yer tutur. Ən aşağı doğum məhsuldarlığı qeydə alınmış ölkələr daha çox qadınların əmək fəaliyyəti ilə məşğul olma nisbətinin yüksək olduğu ölkələrdir. Doğum məhsuldarlığı, inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrə nəzərən daha yüksəkdir, hətta inkişaf etməkdə olan ölkələr arasında belə nəzərə çarpan fərqlər var. Hər nə qədər inkişaf etməkdə olan ölkələrdə doğum məhsuldarlığı daha yüksək olsa da, bu ölkələrdə belə doğum məhsuldarlığı nisbətləri, zaman keçdikcə əhali sayına nəzarət ( əhalinin mövcud quruluşunu qoruya bilməsi üçün hər qadın üçün nəzərdə tutulan doğum məhsuldarlığını ifadə edir) olaraq müəyyənləşdirilən 2,1 dəyərindən azalmağa doğru davam edir.

1970-1990-ci illəri əhatə edən dövrdə dünyada doğum məhsuldarlığı 5 səviyyəsində idisə, hazırda 1970-ci illərdəki nisbətin təxminən yarısına qədər azalaraq 2,59 səviyyəsinə enmişdir. 2100-cü ilə qədər isə, qlobal doğum məhsuldarlığının daha da azalaraq 2,1 səviyyəsinə düşməsi ehtimal olunur, bu da doğum məhsuldarlığının gündən-günə azalan bir qrafiklə davam etdiyi faktını göstərir. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə hər qadın üçün nəzərdə tutulan 2,69 uşaq doğum məhsuldarlığının, 2075-2100-cü illər ərzində 2,12 səviyyəsinə enəcəyi gözlənilir ki, hazırda 2,40 doğum məhsuldarlığına sahib olan az inkişaf etmiş ölkələrdə belə bu say, 2100-cü ilə çatdıqda 1,93 səviyyəsinə enərək inkişaf etmiş ölkələrə bənzər bir vəziyyəti yaratmış olacaq. Doğum məhsuldarlığında meydana gələn bu azalmadan digər ölkələrə nəzərən Avropa ölkələri daha çox təsirə məruz qalmışdır. Ümumiyyətlə, Avropada doğum məhsuldarlığı hər zaman inkişaf etməkdə olan ölkələrə nəzərən aşağı səviyyədə olmuşdur. Hər nə qədər Avropa Birliyinin üzvü olan ölkələrdə 2005-ci ildə 1,49 olan doğum məhsuldarlığı 2012-ci ildə 1,56 səviyyəsinə çatsa da, bəhs olunan nisbətdəki artımın davam edərək 2030 və 2060-ci illərə çatdıqda müvafiq olaraq 1,68 və 1,76 olması gözlənilsə də əhali sayına nəzarət nisbətindən hər zaman aşağı səviyyədə qalacağı aydın görünür.

İnsan ömrünün uzanması

İqtisadi rifahla bərabər qidalanma, tibb və səhiyyə sahəsində baş verən tərəqqi ilə əlaqədar olaraq 20-ci əsrdən etibarən bir çox inkişaf etmiş ölkə və Avropada insan ömrünün müddətində nəzərə çarpan bir artım baş vermişdir. Dünyada baş verən ölüm hallarının azalmasının nəticəsi olaraq doğuşda ömür uzunluğunun artması 1950-ci ildən bəri nəzərə çarpan dərəcədədir. Xüsusilə, üçüncü dünya ölkələrində baş verən uşaq ölüm hallarında qeydə alınan azalma 1950-1990-ci illər ərzində doğuşda ömür uzunluğunun artmasına böyük töhfə vermişdir. Bu ölkələrdə 1950-ci illərdə 45 il olan doğuşda ömür uzunluğu hazırda təxminən 70 ilə qədər uzanmışdır. Məsələn, İsveçdə 1900-cü ildə 50 il olan doğuşda ömür uzunluğu 2000-ci ildə kişilər üçün 75, qadınlar üçün 80 ilə çatmışdır. (2060-cı ilə çatdıqda insan ömrünün kişilər üçün 85,6, qadınlar üçün 89,2 olacağı ehtimal olunur). Hətta 20-ci əsr ərzində bəzi ölkələrdə insan ömründə haradasa 2 qat artım baş vermişdir. Hazırda isə dünyanın ən inkişaf etmiş ölkələri sırasında olan Yaponiya 82 il olan ömür uzunluğu ilə digər inkişaf etmiş ölkələr arasında birinci yerdədir. 2050-ci ildə Yaponiya üçün insan ömrünün 88,4 olacağı proqnozlaşdırılır) [16,10].  İnsan  ömrünün  gündən-günə artan qrafiklə uzanması qlobal qocalmanın arxasında duran ən mühüm qüvvələrdən biri olaraq qiymətləndirilir. Qlobal cəhətdən doğuşdakı ömür uzunluğu baxımından bölgələr və ölkələr arasında böyük fərqlər mövcuddur. İnkişaf etmiş ölkələrdə insan ömrünün hazırda olan gəstəricilərə əsasən 77 il səviyyəsindən  bu əsrin ortalarına qədər 82 ilə qədər uzanacağı ehtimal olunur. İnkişaf etməmiş ölkələrdə HİV virusunun və digər yoluxucu xəstəliklərin yayılmasından irəli gələn səbəblərə görə mövcud vəziyyətdə 55 kimi aşağı səviyyədə olan ömür uzunluğunun belə eyni periodda 67-yə qədər uzanacağı ehtimal olunur[10].

Avropa Birliyinin(AB) üzvü olan ölkələrdə 1960-cı ildə kişilərdə 66,9 il, qadınlarda 72,3 il olan doğuşda ömür uzunluğunun 2012-ci ildə müvafiq olaraq 76,1 və 82,2 il olacağı proqnozlaşdırılır.  Doğuşda ömür uzunluğunun 2060-cı ilə qədər isə kişilərdə 8,6 il, qadınlarda 6,9 il uzanacağı və belə olan halda da əhali piramidasında yaşlı əhaliyə aid sahənin daha da genişlənəcəyi ehtimal olunur.

Həyat standartlarının yüksəlməsi və həyat tərzinin yaxşılaşması ilə yanaşı səhiyyə xidmətlərindən istifadə və dərmanların effektivliyinin artması sahəsində baş verən inkişaf  sayəsində son illərdə OECD ölkələrində orta hesabla götürülən insan ömrü əhəmiyyətli dərəcədə uzanmışdır. OECD ölkələri üçün 1960-cı ildə 68,5 olan doğuşda ömür uzunluğu 2011-ci ildə 79,5 ilə çatmışdır (2011-ci ildə qadın və kişi doğuşda ömür uzunluğu müvafiq olaraq 82 və 77 ildir). 2011-ci ildə Yaponiya 82,7 il olan ömür uzunluğu ilə ən yüksək ortalama insan ömrünə sahib olan ölkə olmuşdur, Yaponiyanı ardıcıl olaraq Fransa, İspaniya, İsveçrə və İtaliya izləyir.

İqtisadi və sosial şəraitlərdəki ümumi inkişafla yanaşı, uşaq peyvəndlərindən istifadə də daxil olmaqla, doğuşdan sonrakı səhiyyə xidmətlərində baş verən tərəqqi sayəsində körpə ölümlərinin azalmasında da nəzərə çarpan bir irəliləyiş müşahidə edilmişdir. Məsələn, inkişaf etməkdə olan ölkələrdə 1950-ci illərdə 1000 doğuşun təxminən 180-i körpə ölümü ilə nəticələndiyi halda, 2000-ci ildə bu rəqəm mində 57 səviyyəsinə enmiş və 2050-ci ilə qədər bu rəqəmin 30-a enəcəyi proqnozlaşdırılmışdır. Doğuşda ömür uzunluğunun əhali arasındakı müxtəlif yaş qruplarında ehtimal olunan ölüm halları nəzərə alınaraq hesablandığını hesab etsək, körpə və uşaq ölüm hallarında (0-5 yaş arası) müşahidə edilən bu azalmanın ömür uzunluğunu artırdığını demək mümkündür. Ortalama insan ömrü başqa sözlə ömür uzunluğunun müddəti pensiya sistemləri üçün mühüm göstəricidir. İnsan ömrünün uzanması fərdlərin əmək fəaliyyəti və qənaət etmə meyllərinə təsir etməsinə səbəb olmaqla yanaşı fərdlərin orta hesabla götürülən pensiya sığortalarından və səhiyyə xidmətlərindən istifadə etmə müddətlərinin və istehsal qabiliyyəti olmayan əhalinin sayının da artması deməkdir.

Sosial müdafiə sistemləri üçün bir başqa mühüm göstərici isə doğuşda ömür uzunluğu müddətinə oxşar olaraq pensiya yaşından yuxarı yaşlarda müşahidə olunan ölüm sayına istinadən hesablanan pensiya yaşında sağ qalma müddətidir. Pensiya planları tərtib edilərkən və ya analiz olunarkən ən vacib məsələ doğuşda ömür uzunluğundan çox şəxslərin əmək fəaliyyətinə başladığı yaşdakı ömür uzunluğu və pensiyaya çıxdığı yaşdakı ömür uzunluğudur və ümumiyyətlə pensiya yaşı 65 yaş hesab edilir.  OECD ölkələrində son 40 il ərzində 65 yaşdan etibarən orta hesabla götürülən insan ömründə də əhəmiyyətli dərəcədə artım baş vermişdir. 3-cü cədvəldə illərə uyğun olaraq bəzi OECD ölkələrində 65 yaş üçün faktiki ömür uzunluğu qeyd olunmuşdur. Cədvəldəki məlumatlar təhlil edildiyi zaman 2011-ci ildə 65 yaşdan etibarən ortalama insan ömrü qadınlarda 21 il, kişilərdə 17,7 olduğu, 1960-cı ildən etibarən qadınlar üçün 6 il, kişilər üçün isə 4,8 illik bir artım olduğu məlum olur. 65 yaşda ömür uzunluğunda 2011-ci ilin ən yüksək rəqəminə Fransa sahibdir və 2060-cı illərə qədər Yaponiya ilə birgə ilk sıralardakı yerini qoruyub saxlayacağı ehtimal edilir. Bundan əlavə OECD ölkələrində 65 yaşdan etibarən orta hesabla götürülən insan ömrünün 2060-2065-ci ilə çatdıqda qadınlarda 25,8 ilə, kişilərdə isə 21,9 ilə çatacağı ehtimal olunur. Türkiyə isə digər OECD ölkələri arasında 65 yaş üçün ən aşağı ömür uzunluğuna sahibdir. Lakin 65 yaşdakı ömür uzunluğunun ölkəmizdə də illər ərzində gündən-günə artan bir qrafiklə davam edəcəyi proqnozlaşdırılır. Məsələn, 1960-cı ildə qadınlarda 12,1, kişilərdə isə 11,2 il olan 65 yaşdakı ömür uzunluğu müvafiq olaraq 4 və 2,9 il artaraq 2011-ci ildə qadınlar üçün 16,1, kişilər üçün isə 14,1 il səviyyəsinə çatmışdır.

Yaşlı asılılıq nisbətlərinin artması

Türkiyədə olduğu kimi paylama metoduna (PAYG) əsaslanan sosial müdafiə sistemlərində 65 yaş və yuxarı əhalinin 15-64 yaş arası əhaliyə olan  nisbəti mənasını verən yaşlı asılılıq nisbəti sistemin fəaliyyətinə təsir göstərən mühüm faktordur. Dünyadakı inkişaf etmiş ölkələrdə ümumilikdə son illərdə doğum məhsuldarlığının azalması və ömür uzunluğunun artması nəticəsində meydana gələn yaşlı asılılıq nisbətlərində mütəmadi artışın baş verdiyi və bu vəziyyətin sosial müdafiə sistemlərinin maliyyə sahəsinə ciddi problemlər yaratdığı müşahidə olunur. Birləşmiş Millətlərin 2012-ci ildə həyata keçirdiyi təqdimatlarda inkişaf etmiş ölkələr üçün 2010-cu ildə 11,7% olan yaşlı asılılıq nisbətinin 2050-ci ildə təqribən 2 qat artaraq 24,7 %, 2100-cü ildə isə 36,4% səviyyəsinə çatacağı qeyd olunur [10]. Bir ölkədəki əmək fəaliyyəti ilə məşğul olan əhalinin-qayğısına qalmaq məcburiyyətində olduğu yaşlı əhaliyə olan nisbətini göstərən yaşlı asılılıq nisbətinin yüksək olması, daha az əmək fəaliyyəti ilə məşğul olan əhali tərəfindən daha çox yaşlının maliyyələşdirilməsi, yəni əmək fəaliyyəti ilə məşğul olan əhali üzərinə düşən yükün artması deməkdir.

Beləliklə, aparılan araşdırmalara görə 2050-ci ilə qədər bütün dünyada sözügedən bu nisbətin əhəmiyyətli dərəcədə artımı əmək fəaliyyəti ilə məşğul olan şəxslər üzərində daha çox əlavə xərclərin yaranacağı nəticəsini ortaya çıxarır. Bu artımın nəticəsində aktiv əhalidən əldə olunan mükafat gəlirləri, xüsusilə yaşlılıq sığortasının ödənilməsi üçün kifayət etməməsinə və bununla yanaşı yaşlılıq dövrünün uzanması, rifah artışından asılı olaraq sosial tələb və ehtiyacların müxtəlifliyi kimi səbəblər dövlət resurslarının böyük bir hissəsinin yaşlıları maliyyələşdirmək üçün istifadə olunmasına səbəb olacaq. Xüsusilə inkişaf etmiş bölgələrdə əmək fəaliyyəti ilə məşğul olan əhalinin sayının azalması və yaşlı əhali sayının artması yaşlı asılılıq nisbətinin dramatik bir formada artacağını göstərir. Yaşlı asılılıq nisbətindəki dəyişməni aydın göstərmək üçün 3-cü şəkildə inkişaf etmiş bölgələrin yaş qruplarına müvafiq olaraq əhali dəyişiklik qrafiki təqdim edilmişdir. Göründüyü kimi, 15-59 yaş arası əhali sürətlə azaldığı halda 60 yaş və yuxarı əhali də sürətlə artmaqdadır. 2013-2060-cı illər arasında AB ölkələrində əmək fəaliyyəti ilə məşğul olma yaşına çatmış əhalinin 39 milyon nəfər azalacağı, yaşlı əhalinin isə eyni dövrdə 55 milyon nəfər artacağı ehtimal edilir. Belə olan halda, yaşlı əhali artımı davam edərsə, yaşlı əhali asılılıq nisbətinin artması halı şübhəsiz baş verəcək. AB-də 2013-cü ildə təxminən 28% olan yaşlı asılılıq nisbəti 2060-cı ildə 2 qatdan daha artıq artım göstərərək 50% səviyyəsinə çatacaq [14]. Ölkəmiz 2010-cu il üçün 65 yaş və yuxarı əhali baxımından OECD ölkələri ilə müqayisədə 7,1 %-lik pay ilə Meksikadan (6,2%) sonra ən aşağı nisbətə sahib ölkədir. Bu vəziyyət OECD ölkələri arasında yaşlı asılılıq nisbəti ən aşağı ikinci ölkə olduğumuzu, digərləri ilə müqayisədə daha az yaşlı əhaliyə sahib olduğumuzu göstərir. Lakin təqdim olunan proqnozlara görə 2050-ci ildə 65 yaş və yuxarı əhali nisbətinin 20,7% səviyyəsinə çatacağı gözlənilir.    

Məqalələr