Bilindiyi kimi, şəxs əmək pensiyası hüququ əldə etdikdən sonra onun istəyindən asılı olaraq işləmək hüququ var. Dövlət qurumlarında işləməyin sonuncu dövrü ilə əlaqədar müəyyən yaş baryeri nəzərdə tutulsa da, qeyri-dövlət qurumlarında çalışanlar üçün bu yaş həddi nəzərdə tutulmayıb.
Bəs şəxs pensiya hüququ əldə etdikdən
sonra işləyərsə, bu onun pensiya məbləğinə nə kimi müsbət təsiri göstərə bilər? Məlum olduğu kimi, şəxs yaşa görə ilkin
pensiya hüququ əldə etdiyi zaman onun fərdi hesabında toplanan pensiya kapitalı
144 aya bölünməklə pensiyasını formalaşdırır. Pensiyadan sonra işlədikləri
dövrdə isə toplam ayların sayı işdən çıxdığı tarixdən etibarən yenidən
hesablanaraq həyata keçirilir. Aşağıdakı nümunəyə diqqət edək:
Şəxs 10.03.2016-cı ildə yaşa görə əmək
pensiyası hüququ əldə etmiş və işləməyə davam edib. Onun 10.04.2020-ci il
tarixində əmək fəaliyyətinə xitam verilmiş və pensiyadan sonra 4 il 1 ay (49
ay) işləyib. Həmin dövr ərzində onun fərdi hesabında formalaşan pensiya
kapitalı işdən çıxdığı tarixdən etibarən, işlədiyi müddətin ayların sayı qədər
azaldılaraq 95-ə bölünməklə yenidən hesablanacaqdır (144-49) . Bu nümunədəki şəxsin
əmək fəaliyyətinə xitam verilməzsə və ən azı 6 il işləyərsə o halda, 6 ilin
tamamında formalaşan pensiya kapitalı 72 aya bölünməklə yenidən
hesablanması həyata keçirilir.