• 13 c Bakı
  • 1.7 AZN

Sosial sığorta haqqı üzrə gəlirlərin artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirir


Pensiyaların ödənilməsi xərclərinin qarşılanması üçün sosial sığorta haqqından daxilolmaların həcmi önəmli göstərici hesab edilir.

Sosial sığorta haqqından əldə edilən gəlirlərinin dövlət büdcəsindən transferlərin payından çox olması sistemin maliyyə dayanıqlığı baxımından xüsusi əhəmiyyətə malikdir.

DSMF-nin büdcəsinə nəzər yetirilən zaman son iki il ərzində sosial sığorta haqqından gəlirlərin artımı, eləcə də dövlət büdcəsindən transferlərin azalması tendensiyasını müsbət amil kimi xarakterizə etmək olar.

DSMF-nin büdcə gəliri

    yüz min manatla

Gəlirlər

2018

2019

2020 (ilkin variant)

2020 (yenidən baxış)

MDSS haqları

2 327

2 769

3 392

3 392

Dövlət büdcəsi transferlər

1 337

1 353

1 427

1 189

 

Pensiya sistemində həyata keçirilən islahatlar, şəffaflaşdırma və dürüstləşdirmə işləri, 2020-ci il ərzində 238 milyon manat vəsaitin dövlət büdcəsinə geri qaytarılması ilə nəticələnib.

Məlumat üçün qeyd edək ki, pensiya sistemində 1 milyon 275 min pensiyaçının 93 faizi sosial sığorta prinsiplərinə əsaslanan pensiya ilə təmin olunublar. Digər 7 faizlik göstərici isə sığorta prinsiplərinə əsaslanmayan pensiya ödənişləridir. Bu kateqoriyaya dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. şəxslər daxildir. Onlara pensiya təyinatı fərdi hesablarında toplanan kapitala əsasən deyil, əməkhaqlarının müəyyən faizi müqabilində hesablanması ilə həyata keçirilir.

Məqalələr