Ölkəmiz
1991-ci ildə müstəqilliyini elan etdikdən sonra pensiya sistemi müəyyən dövrlərdə
mərhələli şəkildə inkişaf edib. Vətəndaşların illərlə işləyib staj qazandığı
dövrlər dövlətin sığorta-pensiya sistemində ana xətti təşkil etdi və onların əmək
fəaliyyəti göstərdiyi müddət gələcəkdə alacaqları pensiyanın məbləği ilə
uyğunlaşdırıldı.
Bəs vətəndaşlar
ölkə ərazisində deyil, ölkədən kənar əgər əmək fəaliyyəti göstəriblərsə,
pensiya yaşına çatdığı zaman ölkəmizdən
pensiya ala biləcəklərmi?
Bununla
bağlı qeyd edək ki, vətəndaşların Sovet dövründə Azərbaycan SSR-dən kənar SSRİ ərazisində
işlədikləri dövrlər birmənalı olaraq bügünkü gündə staj kimi nəzərə alınır.
01.01.1992-ci
ildən sonrakı dövr üzrə stajın tanınması ilə bağlı prosedurlar müstəqil Azərbaycan
Respublikasının xarici ölkələrlə qarşılıqlı sosial müdafiə sahəsində müqaviləliləri ilə tənzimlənir. Bugünkü gündə, əmək fəaliyyətinin qarşılıqlı staj kimi qəbul edildiyi
ölkələr aşağıdakılardır:
Türkiyə,
Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Belarus,
Moldova, Bolqarıstan.