• 20 c Bakı
  • 1.7 AZN

Ailə başçısını itirən şəxslərin digər pensiya hüququ varsa, onların hüquqları qorunacaq


Yeni dəyişikliklərdə müzakirə edilən məsələlərdən biri də ailə başçısını itirən şəxslərə münasibətdə nəzərdə tutulacaq. Ailə başçısını itirən şəxsin indiki halda digər pensiya hüququ yaranırsa, onun payı ailə başçısı itirməyə görə aldığı pensiyadan çıxılır. Və beləliklə, pensiya təminatında azalma müşahidə edilir.

Müsbətə doğru atılacaq addımlardan biri də ailə başçısını itirən şəxsin digər pensiya hüququ olduğu zaman onun payının ailə başçısını itirən digər üzvlərinə verilməsidir. Nümunəyə diqqət edək:

Ailə başçısını itirən qadının iki azyaşlı övladı var. Eyni zamanda, qadın 2-ci qrup əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Qanuna müvafiq olaraq, qadının 2-cı qrup əlil olması, onun həm də ailə başçısını itirməyə görə pensiya hüququnu yaradır.

Ailə başçısı itirməyə görə pensiya məbləği 300 manat, qadının əlilliyə görə aldığı pensiyanın məbləği 260 manat təşkil edir. Bu halda 300 manat üzrə ailə üzvləri arasında üç paydan qadının payı (100 manat) çıxılır və ailənin iki azyaşlısına 200 manat ödənilir.

İndiki halda:

Ailə başçısını itirməyə görə pensiya – 200 manat ( iki azyaşlı uşağa ödənilir)

Əlilliyə görə pensiya – 260 manat

Ümumi məbləğ: 460 manat

Dəyişiklikdən sonrakı halda:

Ailə başçısını itirməyə görə pensiya – 300 manat (ananın payı da iki azyaşlı uşağa ödənilir)

Əlilliyə görə pensiya – 260 manat

Ümumi məbləğ: 560 manat

Məqalələr