• 16 c Bakı
  • 1.7 AZN

2021-ci ildə baş tutan indeksasiya nəticəsində 1 milyon 140 min nəfərin əmək pensiyası artıb


İndeksləşdirmə nəticəsində 01.01.2021-ci il tarixə kimi əmək pensiyası hüququ əldə etmiş şəxslərin pensiyası 11,4 faizlə artır. Bununla da, 200 manat həddində əmək pensiyası alanlar yeni məbləğ olaraq 222,80 manat, daha çox kütləni əhatə edən 233,20 manat əmək pensiyası alanlar isə 259,78 manat alacaqlar. 

Artımlar 1 yanvar 2021-ci ildən baş tutacaq. Fevral ayı pensiyasında yanvar ayının artım fərqi pensiyaçılara ödəniləcək.

300 manat əmək pensiyası alanlar 334 manat,

400 manat əmək pensiyası alanlar 445 manat,

500 manat əmək pensiyası alanlar isə bu ilin əvvəlindən etibarən 557 manat həddində pensiya alacaqlar.



Məqalələr