• 18 c Bakı
  • 1.7 AZN

Əmək pensiyasının minimum məbləği 280 manata çatdırıldı


Qanunvericiliyə edilən dəyişikliyə əsasən, 1 fevral 2023-cü ildən etibarən əmək pensiyasının minimum həddi 240 manatdan 280 manata çatdırılıb. Bununla da, minimum pensiya alan şəxslərə bir daha sosial dəstək göstərildi.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində ölkə üzrə minimum pensiyanın məbləği 119,75 manat təşkil edirdi. Son illər ərzində minimum pensiyanın iki dəfədən çox artırılması pensiya sistemində yüzminlərlə insanın təminatına önəmli dəstək hesab edilə bilər.

Məqalələr