Qanunvericiliyə edilən dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən etibarən əmək pensiyasının minimum həddi 200 manatdan 240 manata çatdırılıb. Bununla da, minimum pensiya alan şəxslərə bir daha sosial dəstək göstərildi.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində ölkə üzrə minimum pensiyanın məbləği 119,75 manat təşkil edirdi. Son illər ərzində minimum pensiyanın iki dəfədən çox artırılması pensiya sistemində yüzminlərlə insanın təminatına önəmli dəstək hesab edilə bilər.