• 21 c Bakı
  • 1.7 AZN

Sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 200 manata çatdırıldı


Aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 1 yanvar 2022-ci il tarixdən etibarən 200 manata çatdırılıb.

Beləliklə, baş verən bu dəyişiklikdən sonra 3 nəfərlik aztəminatlı ailənin ümumi gəliri 600 manatdan aşağı olarsa,
4 nəfərlik aztəminatlı ailənin ümumi gəliri 800 manatdan aşağı olarsa,
5 nəfərlik aztəminatlı ailənin ümumi gəliri 1000 manatdan aşağı olarsa, bununla bərabər, aztəminatlılıq kriteriyasına uyğun digər müvafiq şərtlər də ödənildiyi halda, ailə sosial yardımla təmin edilə bilər.

Məqalələr