• 7 c Bakı
  • 1.7 AZN

Sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 246 manata çatdırıldı


Aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 1 yanvar 2023-ci il tarixdən etibarən 246 manata çatdırılıb.

Beləliklə, baş verən bu dəyişiklikdən sonra 3 nəfərlik aztəminatlı ailənin ümumi gəliri 738 manatdan aşağı olarsa,
4 nəfərlik aztəminatlı ailənin ümumi gəliri 984 manatdan aşağı olarsa,
5 nəfərlik aztəminatlı ailənin ümumi gəliri 1230 manatdan aşağı olarsa, bununla bərabər, aztəminatlılıq kriteriyasına uyğun digər müvafiq şərtlər də ödənildiyi halda, ailə sosial yardımla təmin edilə bilər.

Məqalələr