• 20 c Bakı
  • 1.7 AZN

268 manat əmək pensiyası alanların pensiya məbləği 327 manata yüksəldi


Pensiya.az məlumat verir ki, bu il əmək pensiyasında baş verən artımlar pensiyaçıların sosial müdafiəsinə öz müsbət təsirini göstərəcək. Məlum olduğu kimi, qanunvericiliyə əsasən hər ilin əvvəli əmək pensiyaların məbləği ölkə üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərdə bu göstəricinin 14,7 faiz olduğu müəyyən edildi. 

Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanuna ediləcək müvafiq dəyişikliyə əsasən 2022-ci il ərzində ödənilən 200 manat maddi yardımın bu il ayların sayına bölünərək 16,6 manat həddində (200:12) pensiyanın tərkib hissəsinə birləşdirilildi. Beləliklə,  268 manat əmək pensiyası alan şəxslərin təminatı birləşdirmədən sonra yanvar ayında 285 manata çatması reallaşdı. Eləcə də 285 manatın 14,7 faizlik indeksləşdirmə göstəricisindən sonra məbləğin 327 manatadək çatması müəyyən edildi.

Bu minvalla, 248 manat əmək pensiyası alan şəxslərin pensiya məbləği 303 manata çatdırıldı.

Məqalələr