• 5 c Bakı
  • 1.7 AZN

268 manat əmək pensiyası alanların pensiya məbləği azı 320 manatadək yüksələcək


Pensiya.az məlumat verir ki, növbəti il əmək pensiyasında baş verəcək artımlar pensiyaçıların sosial müdafiəsinə öz müsbət təsirini göstərəcək. Məlum olduğu kimi, qanunvericiliyə əsasən hər ilin əvvəli əmək pensiyaların məbləği ölkə üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərdə bu göstəricinin 14 faizin üzərində olduğu öz təsbitini tapmaqdadır.

Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanuna ediləcək müvafiq dəyişikliyə əsasən 2022-ci il ərzində ödənilən 200 manat maddi yardımın növbəti ildə ayların sayına bölünərək 16,6 manat həddində (200:12) pensiyanın tərkib hissəsinə birləşdirilməsi gözlənilir. Beləliklə,  268 manat əmək pensiyası alan şəxslərin təminatı birləşdirmədən sonra 285 manatadək çatması reallaşacaq. Eləcə də, 285 manatın 14 faizlik indeksləşdirmə göstəricisindən sonra bu məbləğin azı 320 manatadək çataçağı proqnozlaşdırılır.

Bu minvalla, 248 manat əmək pensiyası alan şəxslərin təminatında isə 300 manatadək artımın olması real görünür.

Məqalələr