• 21 c Bakı
  • 1.7 AZN

25 il stajın tanınması pensiyaya çıxmaq istəyənlərə yaşıl işıq yandırır


Əvvəlki dövrlərdə sərt staj və pensiya kapitalı tələbinin olması minlərlə vətəndaşımızı əmək pensiyasından məhrum edirdisə,  2019-cu ilin 1 yanvar tarixindən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən pensiya yaş həddinə çatmış vətəndaşlarımıza 2006-ci il tarixədək 25 il sığorta stajının tanınması onların pensiyaya çıxmasını rahatlaşdırır. 

Bu yenilik əsnasında tələb olunan tək şərt, 1 yanvar 2006-cı ildən 1 iyul 2018-cı il tarixədək ən azı 1 ay olsa belə işləyib sosial sığorta haqqı ödənişinin vətəndaşın fərdi hesabında pensiya kapitalı şəklində formalaşmasıdır. Artıq 2 ildir ki, qanunvercilikdə öz əksini tapan bu yeniliyin nəticəsində 25 mindən çox insan pensiyaya çıxma imkanı əldə edib.

Məqalələr