• 7 c Bakı
  • 1.7 AZN

Pensiyalar hansı hallarda artırılır?


Qanunvericiliyə müvafiq olaraq, şəxsin pensiyasının artımı fərdi və ümumi qaydada mümkün ola bilər.

Məlum olduğu kimi, ölkəmizdə tətbiq olunan pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanır. İnsanlar əmək qabiliyyətli dövrdə göstərdiyi əmək fəaliyyətinə mütənasib olaraq, gələcəkdə müvafiq pensiya ilə təmin olunurlar. Pensiyalarda baş verən artımlar vətəndaşlar tərəfindən maraqla izlənilən məqamlardan biri hesab edilir. Aşağıda bunlara aydınlıq gətirilməyə çalışılıb:

Şəxsin pensiyasının məbləği, ilkin olaraq, onun yaşa görə pensiya hüququ yaranarkən, fərdi hesabında toplanan pensiya kapitalının 144 aya bölünməsi yolu ilə formalaşır.

Şəxs pensiyaya çıxdıqdan sonra onun işləmək hüququ var. Bu halda onun fərdi hesabında pensiya kapitalın toplanması davam etdiyi üçün qanunun imkan verdiyi hallarda pensiyasını yenidən hesablatdırmaq imkanları qazana bilər. Bu, yaşa görə pensiyaya çıxan şəxsin pensiyadan sonra 6 il fasiləsiz işləməsi və ya işdən azad olması hallarında mümkündür.

Ümumi qaydada əmək pensiyaların artımı isə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq pensiyaların indeksasiya edilməsi ilə baş tutur. Buna nümunə olaraq, sonuncu indeksləşdirmə nəticəsində ölkə pensiyaçıların təxminən 93 faizini təşkil edən artımı göstərmək olar. 11,4 faizlə reallaşan indeksləşdirmə nəticəsində 1 milyon 140 mindən artıq şəxsin pensiyası müxtəlif məbləğlərlə artdı.

Ümumi qaydada pensiya artımının digər halları dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslərlə bağlıdır. Qeyd edək ki, bu kateqoriyadan olan şəxslərin pensiyaların artımı onların dövlət orqanlarında tutduğu vəzifədəki əməkhaqqında baş verən artıma müvafiq olaraq tənzimlənir. Onlar üçün sonuncu belə artım 2019-cu ilin sentyabr ayında baş tutub. 

Məqalələr