• 13 c Bakı
  • 1.7 AZN

Sosial yardım üçün müraciət edərkən ailə başçısı mütləq işləməlidirmi?


Sosial müdafiə sistemində aztəminatlı ailələlərə yönəldilən təminatlar çərçivəsində sosial yardım mexanizminin böyük önəmi var.

Sosial yardım minimum gəlir səviyyəsində həyatlarını davam etdirən ailələrə dövlət tərəfindən göstərilən dəstəklərlə müəyyən edilir. Bu mexanizmdə əməkqabiliyyətli ailə başçısının işləmək şərti var ki, bu da ailələri məhz fəaliyyətsizliyə, işgüzarlığın azalması riskinə qarşı yönələn tədbirin bir parçası kimi qəbul edilir. Amma bəzi hallarda hər iki ailə başçısının eyni anda işləməmək kimi imkanları da qanunvericilikdə nəzərdə tutulub. Aşağıdakı hallarda bu mümkündür:

Ailədə 8 yaşınadək azyaşlı övlad olduğu halda ailə başçılarından birinin uşağa baxmaqla əlaqədar işləməmək imkanı verilir. Bu ata və ya anadan biri ola bilər. Digər hallarda ailədə sağlamlıq imkanları məhdud uşaq və ya 1-ci qrup əlilliyi olan şəxs varsa o halda eyni güzəşt tətbiq olunmaqla əməkqabiliyyəti olan ailə üzvlərindən birinin işləməmək hüququ qorunur.

Məqalələr