• 8 c Bakı
  • 1.7 AZN

Sosial müavinət üzrə yaş həddinin endirilməsi sosial təminat sistemindən istifadə imkanlarını genişləndirir


Bu ilin önəmli yeniliklərindən biri yaşa görə sosial müavinət üzrə yaş həddnin endirilərək pensiya yaş həddi ilə eyniləşdirilməsi oldu.

Dəyişikliyə qədər, kişilər 67 yaşdan, qadınlar isə 62 yaşdan sosial müavinət alma imkanları var idisə, 1 yanvar 2020-ci ildən etibarən bu təminat üzrə yaş həddi pensiya yaş həddi ilə (kişilər 64 yaş 6 ay, qadınlar 61 yaş 6 ay) eyniləşdirildi. Xüsusilə, kişi vətəndaşların sosial təminatına böyük dəstək olan yenilik nəticəsində, 65 yaş və 66 yaş həddində olan və əmək pensiyası şərtlərini ödəməyən minlərlə şəxsin təminatı üçün önəmli imkanlar yaradıldı.

Statistik göstəricilərə əsasən, 10 min nəfərdən çox əmək pensiyası üzrə şərtləri ödəməyən insanlar bu dəyişiklikdən sonra yaşa görə sosial müavinətlə təmin olundu.

Məqalələr