• 15 c Bakı
  • 1.7 AZN

Vətəndaşların fərdi hesabında toplanan vəsait inflyasiyadan qorunur


Bir çox hallarda vətəndaşları düşündürən məsələlərdən biri, onların fərdi hesabında toplanan pensiya kapitalının dəyərdən düşməsi ilə bağlı narahatçılıqlardır.

2006-ci ildən etibarən ölkəmizdə tətbiq olunan fərdi uçot sistemində, sığortaolunanların fərdi hesabında toplanan pensiya kapitalı hər ilin əvvəli indeksasiya edilir.

Müxtəlif vaxtlarda indeksasiyanın əsas götürüldüyü meyarlar dəyişdirilib.

Fərdi hesabda toplanan pensiya kapitalı 2017-cı ilədək istehlak qiymətləri indeksinə yəni inflyasiyaya uyğun, 2018 və 2019-ci illərdə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. 2020-ci ildən etibarən isə yenidən inflyasiyaya uyğun olaraq indeksləşdirilir.

Nümunə olaraq,  2006-ci il ərzində fərdi hesabında 1000 manat pensiya kapitalı toplamış şəxsin kapitalı 2020-ci il 1 yanvar tarixinə indeksləşdirilərək 2180 manata çatdırılır.

Məqalələr