Son
illər ərzində sosial müdafiə sistemində edilən humanist yanaşmalar ailə
başçısını itirən vətəndaşlarımızdan da yan keçməyib. Görülən tədbirlər nəticəsində
müəyyən uyğunsuzluqlar aradan qaldırılaraq insanların təminatına faydalı dəstək
göstərilib.
Bu dəstək
tədbirlərindən biri, ailə başçısını itirməyə görə əmək pensiyası və sosial
müavinətin təyinatı zamanı mövcud olan ziddiyətli məqamların aradan
qaldırılması idi. Nümunəyə diqqət edək:
Ailə
başçısı dünyasını dəyişir. Onun 3 azyaşlı övladı və həyat yoldaşı var. Bu ailənin
hər üzvü 80 manat olmaqla ümumilikdə 320 manat sosial müavinət hüququ var.
Əmək
pensiyasına gəldikdə isə burada başqa nüans ortaya çıxır.
Vəfat
edən şəxsin vərəsələrinə təyin olunan pensiyanın məbləği onun fərdi hesabında
toplanan pensiya kapitaldan asılı olduğu üçün qeyd etdiyimiz ailəyə bütövlükdə
200 manat və ya 320 manatdan az olan əmək pensiyası hüququ yarana bilər.
Bu
halda, əvvəlki qanunvericilik mütləq halda əmək pensiyası hüququnun öncüllüyünü
əsas gətirərək sosial müavinətdən insanları məhrum edirdi.
2020-ci
ilin 1 yanvar tarixindən edilən dəyişikliklərə əsasən ailə başçısını itirən şəxsin
varislərinə pensiya və müavinət arasında seçim imkanı tanıyaraq daha üstün
sosial təminatın təyinatına imkan yaradır.