• 15 c Bakı
  • 1.7 AZN

Ailə başçısını itirən şəxslərə pensiya və müavinət arasında seçim imkanı tanınır


Son illər ərzində sosial müdafiə sistemində edilən humanist yanaşmalar ailə başçısını itirən vətəndaşlarımızdan da yan keçməyib. Görülən tədbirlər nəticəsində müəyyən uyğunsuzluqlar aradan qaldırılaraq insanların təminatına faydalı dəstək göstərilib.

Bu dəstək tədbirlərindən biri, ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinətin təyinatı zamanı mövcud olan ziddiyətli məqamların aradan qaldırılması idi. Nümunəyə diqqət edək:

Ailə başçısı dünyasını dəyişir. Onun 3 azyaşlı övladı və həyat yoldaşı var. Bu ailənin hər üzvü 80 manat olmaqla ümumilikdə 320 manat sosial müavinət hüququ var.

Əmək pensiyasına gəldikdə isə burada başqa nüans ortaya çıxır.

Vəfat edən şəxsin vərəsələrinə təyin olunan pensiyanın məbləği onun fərdi hesabında toplanan pensiya kapitaldan asılı olduğu üçün qeyd etdiyimiz ailəyə bütövlükdə 200 manat və ya 320 manatdan az olan əmək pensiyası hüququ yarana bilər.

Bu halda, əvvəlki qanunvericilik mütləq halda əmək pensiyası hüququnun öncüllüyünü əsas gətirərək sosial müavinətdən insanları məhrum edirdi.

2020-ci ilin 1 yanvar tarixindən edilən dəyişikliklərə əsasən ailə başçısını itirən şəxsin varislərinə pensiya və müavinət arasında seçim imkanı tanıyaraq daha üstün sosial təminatın təyinatına imkan yaradır.

Məqalələr