• 9 c Bakı
  • 1.7 AZN

Əlilliyi olan şəxslərin təminatına dəstək artır


Pensiya sistemində son iki il ərzində atılan addımlar əlilliyi olan şəxslərin təminatına da təsirsiz ötüşməyib.

Baza anlayışının mövcud olduğu dövrdə pensiyaların baza hissəsi 1-ci və 2-ci qrup üzrə 110 manat təşkil etdiyi halda, 3-cü qrup üzrə daha az 60,5 manat təşkil edib. Beləliklə, baza hissəsinin sığorta hissəsinə birləşdirilməsi zamanı minimum pensiya ölkə üzrə 110 manat təşkil etsə də, 3-cü qrup əlilliyi olan əmək pensiyaçıları üzrə bu daha aşağı məbləğlərlə müəyyən olunmaqda idi.

2019-cu il ərzində minimum pensiyanın artırılması ilə bağlı atılan addımlar daha aşağı məbləğdə pensiya alan 3-cü qrup əlilliyi olan şəxslərin pensiyasına öz müsbət təsirini göstərdi.

Bu kateqoriyadan olan  minlərlə vətəndaş 65-80 manat çərçivəsində pensiya alırdı. Minimum pensiyanın 2019-cu ilin mart ayından 160 manata, oktyabr ayından 200 manatadək çatdırılması onların təminatlarında önəmli rol oynadı.

 1 yanvar 2020-ci il tarixdən baş tutan pensiyaların indeksləşdirilməsini də nəzərə alsaq, əlilliyi olan şəxslərin təminatında son iki il ərzində 3 dəfədən çox artımın olduğunun şahidi ola bilərik.   

Məqalələr