• 14 c Bakı
  • 1.7 AZN

Dövlət qulluqçusu kimi pensiya hansı halda hesablanır?


“Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiya zamanı üstünlükləri var.

Dövlət qulluqçusu kimi pensiya dövlət qulluğu vəzifəsində ən azı 15 il işləmiş şəxslərin pensiya yaş həddinə çatdığı zaman hesablanır. Pensiyanın məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibin məbləğindən asılıdır.

Dövlət qulluqçuların pensiyası dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.

15 il qulluq stajı olan şəxsə  - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;

15 ildən yuxarı stajı olan şəxsə -  qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla,lakin 80 faizi miqdarından çox olmamaqla müəyyən edilir.

Məqalələr