• 20 c Bakı
  • 1.7 AZN

Çoxuşaqlı anaların erkən yaşda pensiya hüquqları


İnsanlar tərəfindən ən çox müraciət edilən məsələlərdən biri də çoxuşaqlı anaların hansı yaşda pensiyaya çıxacağı ilə bağlı suallardır.

Qanunvericiliyə müvafiq olaraq, 5 və daha çox övladı olan qadınlar onlar üçün müəyyən olunmuş yaş həddindən 5 il erkən pensiya üçün müraciət etmək hüququ var.

Qadınların pensiya yaşının 30.06.2023-cü il tarixə kimi 63 yaş olduğunu nəzərə alsaq, deməli həmin tarixə kimi bu sayda övladı olan qadınlar 58 yaş tamam olduğu müddətdə pensiya üçün müraciət edə bilərlər.

Qanunvericiliyə əsasən staj və pensiya kapitalı şərtini ödəyənlər əmək pensiyası ilə şərtləri ödəməyənlər isə sosial müavinətlə təmin olunurlar.

Bundan əlavə, yeni dəyişikliklərə əsasən həmin kateqoriyadan olan qadınların 01.01.2006-dan 01.07.2018-ci il tarixinədək fərdi hesabında istənilən məbləğdə pensiya kapitalı mövcuddursa onlara 25 il staj amnistiyası tətbiq edilir. Beləliklə. onlar əmək pensiyası ilə təmin edilə bilərlər.

Məqalələr