• 15 c Bakı
  • 1.7 AZN

Kişilərin erkən yaşda pensiya hüquqları


Zərərli və ağır sahədə  çalışan insanların qanunverciliyə müvafiq olaraq erkən yaşda pensiya hüquqları var.

“Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq kişilər ümumilikdə 25 il stajı, onun 12 il 6 ayı zərərli və ağır sahədə olduğu halda, normal pensiya yaşından 5 il erkən - yəni 60 yaşdan bu hüququ əldə edirlər. Burada digər tələb pensiya kapitalı şərtidir.

Eyni zamanda, həmin maddənin 8-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixədək tələbləri ödəyən şəxslər üçün həmin dövr ərzində mövcud olmuş erkən yaş həddi qorunub.
Əgər kişi vətəndaşlar 01.01.2006-cı il tarixə kimi ümumi 25 il, zərərli və ağır sahədə isə 12 il 6 ay stajı varsa, onlar 57 yaşdan bu hüququ əldə edə bilərlər.

Bundan əlavə, xüsusilə zərərli və ağır sahədə işləyən insanlar üçün isə daha erkən yaş həddi mövcuddur.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə xüsusilə zərərli və ağır sahədə işləyən insanlar üçün 2006-cı il tarixədək ümumi 20 il, zərərli və ağır sahədə 10 il stajı olduğu halda 52 yaşdan pensiya hüquqları qorunub.


 Hazırda qüvvədə olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunub.

Məqalələr