• 7 c Bakı
  • 1.7 AZN

Zərərli və ağır sahədə işləyənlərin pensiyasının artımına dəstək göstəriləcək


Qanunvericiliyə ediləcək yeni dəyişikliklər zərərli və ağır sahədə işləyən vətəndaşlarımızı da əhatə edəcək. Məlum olduğu kimi, ümumi əsaslarla ilkin pensiya təyinatı zamanı şəxsin fərdi hesabında toplanan pensiya kapitalı 144 aya bölünür. Zərərli və ağır sahədə çalışan insanlar üçün Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə normal pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Nümunəyə diqqət edək:

Kişi 60 yaşını tamamlamış, həmçinin, zərərli sahə üzrə tələb olunan staj və pensiya kapitalı şərtlərini yerinə yetirmişdir. Burada pensiya yaşı ilə güzəştli şərtlə pensiya yaşının – yəni 65 yaşla 60 yaşın fərqi müəyyən edilir. 65 yaş - 60 yaş = 5 il (60 ay)

Həmin vətəndaşın güzəştli şərtlərlə pensiya hüququ yarandığı zaman fərdi hesabında toplanan pensiya kapitalı 204-ə (144+60) bölünür. Yeni dəyişiklik layihəsi artıq bu məsələdə həmin kateqoriyadan olan şəxslərin təminatına dəstəyi gücləndirəcək.

Şəxsin pensiya hüququ yarandığı zaman ümumilikdə 65000 pensiya kapitalı varsa, bu pensiya məbləğinin indiki halda 318,62 manat (65000:204) təşkil etməsinə səbəb olur.

Dəyişiklikdən sonra, bu hesablama zamanı məbləğ 451,39 manat təşkil edəcək (65000:144)

Məqalələr