• 7 c Bakı
  • 1.7 AZN

Təhsil müddətinin ümumi stajda nəzərə alınması pensiyaların artımına səbəb olur


01.01.2006-cı il tarixinədək ölkəmizin pensiya sisteminin tətbiqi zamanı qanunvericilik üzrə əsas normativ hüququ akt “Vətəndaşların pensiya təminatı haqqında” qanunu hesab edilirdi. Həmin qanuna müvafiq olaraq, şəxsin pensiya hüququ yarandığı zaman əyani şəkildə təhsil aldığı müddət ümumi əmək stajına nəzərə alınırdı.

01.01.2006-cı ildən tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə əsasən təhsil müddətinin staj kimi qəbul edilməsi dayandırıldı.

Bu ilin önəmli yeniliklərindən biri qanunun bu maddəsinə yenidən baxılması və həmin bəndə yenidən açıqlama verilməsi oldu.

Artıq şəxsin təhsil müddəti 01.01.2006-cı ilə kimi olubsa, həmin dövrün yenidən staj kimi qəbul edilməsi mexanizmləri bərpa edildi. Beləliklə bu il, eləcə də son illər ərzində pensiya hüququ əldə etmiş şəxslərin əyani şəkildə təhsil alması faktı varsa, müvafiq diplomla yenidən müraciət edərək öz pensiyalarında artımı hiss edə bilərlər.

Məqalələr