01.01.2006-cı
il tarixinədək ölkəmizin pensiya sisteminin tətbiqi zamanı qanunvericilik üzrə əsas
normativ hüququ akt “Vətəndaşların pensiya təminatı haqqında” qanunu hesab
edilirdi. Həmin qanuna müvafiq olaraq, şəxsin pensiya hüququ yarandığı zaman əyani
şəkildə təhsil aldığı müddət ümumi əmək stajına nəzərə alınırdı.
01.01.2006-cı
ildən tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun
21-ci maddəsinə əsasən təhsil müddətinin staj kimi qəbul edilməsi
dayandırıldı.
Bu
ilin önəmli yeniliklərindən biri qanunun bu maddəsinə yenidən baxılması və həmin bəndə
yenidən açıqlama verilməsi oldu.
Artıq
şəxsin təhsil müddəti 01.01.2006-cı ilə kimi olubsa, həmin dövrün yenidən staj
kimi qəbul edilməsi mexanizmləri bərpa edildi. Beləliklə bu il, eləcə də son
illər ərzində pensiya hüququ əldə etmiş şəxslərin əyani şəkildə təhsil alması
faktı varsa, müvafiq diplomla yenidən müraciət edərək öz pensiyalarında artımı
hiss edə bilərlər.