• 8 c Bakı
  • 1.7 AZN

Fərdi uçot sisteminin uzunmüddətli tətbiqi əmək kitabçasından asılılığı azaldır


Məlum olduğu kimi, ölkəmizdə tətbiq olunan pensiya sistemi 2006-cı ildən etibarən fərdi uçot əsasında sosial sığorta prinsiplərinə uyğun olaraq fəaliyyət göstərir. Qeyd olunan tarixdən etibarən, layiqli və münasib pensiya təminatı üçün sığortaolunanlar, yəni hər bir işləyən şəxs barədə məlumatların uçotu aparılmaqdadır.

Fərdi uçotun yaradılmasında məqsəd sosial sığortanın təkmilləşdirilməsi, əmək pensiyalarının sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması olmuşdur. Əməkhaqqından tutulan sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi, sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması, fərdi hesabda toplanan vəsaitlərə nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması və ən nəhayət, pensiyaların təyinatı qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi digər əsas məqsədlərdən hesab edilir.

Artıq 15 ildən uzun müddətdir ki, tətbiq olunan fərdi uçot sistemi həm də əmək kitabçasına olan zərurəti aradan qaldırmaqdadır. Kimin nə qədər staja malik olması və fərdi hesabda pensiya kapitalı toplaması barədə məlumatlar müvafiq informasiya bazasında yerləşdirilməkdədir. Əmək kitabçaları vətəndaşların 2006-cı ilə kimi olan stajının təsdiq olunması ilə əlaqədar hələ ki, aktuallığını qoruyur. Bununla bərabər, onu da qeyd etmək lazımdır ki, fərdi uçot sisteminin uzunmüddətli tətbiqi gələcəkdə pensiyaçı olacaq şəxsləri kağız sənəd mübadiləsindən tamamilə xilas edə biləcək.

Məqalələr